Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində
mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim
edilən Nəsimi filialı, Bakı şəhəri, İmran Qasımov küçəsi 4 ünvanında fəaliyyət
göstərir. Artıq fiziki, hüquqi şəxs və fərdi sahibkar müştərilər onlar üçün
hazırlanan xüsusi xidmət sahələrində bank xidmətlərindən daha rahat istifadə edə
bilərlər.
Kapital Bank-ın yeni konsepsiyası əsasında təqdim
edilən Nəsimi filialı, eyni zamanda həm fiziki, həm hüquqi şəxs, həm də fərdi
sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ
kreditlər, plastik kartlar, valyuta mübadiləsi, əmək haqqı layihələri, əmanətlər,
biznes və sahibkar kartları, POS ilə inteqrasiya olunan Smart kassaların
quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması
məqsədilə overdraft, faktorinq, qarantiyalar, akkreditivlər və bir sıra digər məhsullar
təqdim ediləcək. Burada xidmət saatlarından əlavə qeyri-iş saatlarında da bir
sıra bank əməliyyatlarının həyata keçiriıməsi mümkün olacaq. Belə ki, ödəmə
terminalları və ATM-lər vasitəsi ilə müştərilər fərdi şəkildə pul köçürmələri, büdcə,
kommunal və digər xidmətlərin ödənişlərini həyata keçirə, nağd pul əldə edə bilərlər.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən
filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini
müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn
standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə
cari il ərzində Bakı, region və Naxçıvan MR əraziləri üzrə 5 filialda əsaslı təmir
və yerdəyişmə prosesi həyata keçirilib, 4 yeni struktur bölmə (şöbə və
filiallar) istifadəyə verilib. Eyni
zamanda transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və
region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial
və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan
Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.
www.anews.az