AZ

"Putin Qəzza bölgəsinə 30 min ton buğda ayırıb" - Mahmud Abbas

"HƏMAS Qəzza bölgəsi üzərində hakimiyyəti zəbt etməyə son qoymalıdır..."
 
Kreml fələstinli ərəblər üçün suriyalılara olduğu kimi tam bir gəmi buğda ayırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas məlumat verib. Məlumatı "islam.ru" nəşri yayıb.
 
Ramallahda Fələstin Azadlıq Təşkilatı Mərkəzi Şurasının 32-ci sessiyasında çıxış edən Abbas bildirib: "Putin bizə otuz min ton buğda bağışlayıb və sizin razılığınızla bu buğda Qəzzaya göndəriləcək. Qəzzada heç nə yoxdur. Heç olmasa onlara çörək göndərməliyik".
 
Eyni zamanda fələstinli lider bəyan edib ki, ərəblər "yeni bir Nəqbanın", yəni Qəzza əhalisinin digər ölkələrə sıxışdırılmasının baş verməsinə imkan verməyəcək.
 
"Bizim prioritetimiz İsrailin Qəzza bölgəsində həyata keçirdiyi məhvetmə savaşını dayandırmaq və bölgənin bütövlükdə işğaldan azad edilməsidir. HAMAS bölgə üzərində hakimiyyət və səlahiyyəti zəbt etməyə son qoymalıdır", - Abbas bildirib.
 
O, xüsusilə qeyd edib ki, müharibənin mümkün qədər tez başa çatması vacibdir, çünki "bu müharibə davam etdikcə Netanyahu hakimiyyətdə qalır". Ərəblər hesab edir ki, sülh şəraiti yaranan kimi israillilər onların maraqlarına daha uyğun olan bir hökumət seçəcək və bu da Fələstin administrasiyasına Qəzza üzərində nəzarəti ələ almaq və Fələstin dövləti qurmaq yolunda son mərhələyə keçmək imkanı verəcək.
 
"Putinin buğdası"nın Qəzzaya necə çatdırılacağı isə hələlik bəlli deyil. Yük Aşdod limanına çatacaq. Lakin İsrail həm "yaşıl xətt" (İsrail-Fələstin sərhədi), həm də Misir qapıları vasitəsilə bütün humanitar yardım yollarını bağlayıb. Ola bilsin ki, fələstinlilər buğda gəlib çatana qədər blokadanın aradan qalxacağına ümid edir.
 
Hər halda diqqətçəkən məqam odur ki, Rusiya bu buğdanı formal olaraq birbaşa Qəzzaya yox, Ramallahdakı Fələstin Administrasiyasına göndərib. Məqsəd odur ki, yükü bölgəyə məhz bu rəsmi orqan yönəltsin. Bu da onu göstərir ki, Kreml Mahmud Abbası Fələstin ərazilərindəki yeganə legitim rəhbər kimi tanıyır və HAMAS-la rəsmi əlaqəni qəbul etmir.
 
Xatırladaq ki, bundan öncə də "rus gəmisi" ilə buğda göndərilməsi barədə Suriya hakimiyyəti məlumat verib, bu, Əsəd rejiminin süqutundan sonra ilk buğda yükü olub. Analitiklərə görə, Rusiya bu yolla Suriyada strateji hərbi obyektlərini- Xmeymim aviabazasını və Tartusda yerləşən Hərbi Dəniz Qüvvələrinin limanını qorumağa çalışır.
Seçilən
21
50
moderator.az

10Mənbələr