AZ

“Traktor” qələbə qolunu 90+23-cü (!) dəqiqədə vurdu

İndi Güney Azərbaycan sevinc içindədi. Axı “Traktor” bir qədər əvvəl başa çatan, 22-ci turdan təxirə salınan oyunda səfərdə “Fulad”ı 2:1 hesabıyla məğlub etməklə tarixindəki ilk çempionluğa doğru daha bir böyük addım atdı.

Hakim 2-ci hissəyə 20 dəqiqə əlavə etdi və təbrizlilər qələbə qolunu 90+23-cü (!) dəqiqədə vurdu. Bu qələbə sayəsində xalını 61-ə çatdıran “Traktor” sona üç tur qalmış ən yaxın rəqibi “Sepahan”ı 5 xal qabaqlayır.

İran çempionatında 28-ci turun oyunları mayın 1-2-də keçiriləcək. “Traktor” mayın 2-də autsayderlərdən “Şəms Azər Qəzvin”in qonağı olacaq.

Seçilən
48
45
football-plus.az

10Mənbələr