Ağstafa rayonunun Tatlı kəndində canavarlar fermaya hücum edib.
Viral.az “Report”a istinadən xəbər verir ki, yırtıcılar 27 xırda buynuzlu heyvanı tələf ediblər.
Kənd sakini, Elsevər Ələsgər oğlu Məmmədova məxsus fermaya hücum edən canavarlar bir neçə qoyunu da yaralayıb.
Son Yazılar:
- Ağstafada canavarlar fermada 27 qoyunu PARÇALADI
- Türkiyədə 4,3 maqnitudalı zəlzələ OLDU
- Türkiyədə kişi əməliyyatdan sonra ana dilini UNUTDU
Əraziyə baytarlıq xidmətinin nümayəndələri cəlb olunub, dezinfeksiya işləri görülüb, 10-dan çox xırda buynuzlu heyvana vaksin vurulub.
Qeyd edək ki, ferma kəndin kənarında yerləşir.