AZ

İspaniya klubunun qapıçısını transfer edə bilər - Premyer Liqa təmsilçisi

“Mançester Yunayted” “Espanyol”un qapıçısı Joan Qarsiyanı transfer etməyə cəhd edib.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, İngiltərə klubu əsas qapıçısı Andre Onana üçün əvəzedici axtarır.

Qarsiyanın “Espanyol”la müqaviləsində sərbəst qalma məbləği 21 milyon funt-sterlinq (24,6 milyon avro) nəzərdə tutulub.

23 yaşlı qolkiper İspaniya çempionatının cari mövsümündə 32 oyun keçirib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 33 matçdan sonra 38 xalla 14-cü yerdədir.

Seçilən
9
22
sportinfo.az

10Mənbələr