AZ

Sürücü hansı istiqamətlərə hərəkət edə bilər - DOĞRU CAVAB

Avtosfer.az saytı ötən həftənin sualını və doğru cavabı təqdim edir.

Sual belədir: Sürücü göstərilmiş hansı ox istiqamətləri üzrə hərəkət edə bilər?

1) Yalnız düzünə

2) Düzünə və sağa

3) Bütün istiqamətlərə

4) Sağa və geriyə

5) Düzünə, sağa və geriyə

Doğru cavab: 5) Düzünə, sağa və geriyə.

İzah: Yolayrıcı qarşısında sola dönməni qadağan edən nişan quraşdırıldığı üçün sola dönmək qadağandır. Lakin düzünə, sağa və geriyə hərəkəti qadağan edən heç bir hal yoxdur. Bu səbəbdən bu istiqamətlər üzrə rahatlıqla hərəkət etmək olar. Bəzən sürücülər elə düşünürlər ki, sola dönmək qadağandırsa, geriyə dönmək də qadağan edilir. Lakin bu nişanın geriyə dönmə ilə bağlı heç bir əlaqəsi yoxdur.

Təəssüf ki, bu dəfəki sualın doğru cavabını tapa bilən oxucu olmadı.

Seçilən
39
avtosfer.az

1Mənbələr