AZ

Valideyn himayəsindən məhrum uşaqlar müavinətlərini ala bilmirlərŞİKAYƏT/VİDEO

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlara məzun olarkən ödənilməli 2600 manat birdəfəlik müavinəti bəzi uşaqlar ala bilmirlər.

Bunu onlar "Xəzər Xəbər"in qaynar xəttinə yazaraq bildiriblər.

Xezerxeber.az-ın məlumatına görə, bəzilərinin qısa müddət ərzində bu pulu aldıqları deyilsə də, böyük əksəriyyət aylardır sənəd təqdim etmələrinə baxmayaraq, nəticəsi olmayıb.

Onlardan biri də internat məktəbinin məzunu olmuş fiziki məhdudiyyətli Ruhlan Əsədovdur.

Ruhlan Əsədov Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin 2011-ci il məzunudur. O, valideyn himayəsindən məhrum olmuş və valideynini itirmiş uşaq evi məzunları üçün təyin olunan birdəfəlik 2600 manat müavinəti ala bilməməsindən şikayətçidir.

Ruhlan Əsədov deyir ki, həmin pulu 15 gün içərisində alan məzunlar var, amma hələ də ala bilməyənlər çoxluq təşkil edir. O da vurğulandı ki, pulu alanlar müxtəlif illərin məzunudurlar.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, bu ödənişlər onların balansında deyil. 

Elm və Təhsil Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirdilər ki, 1 aprel 2025-ci il tarixindən sonra müvafiq təhsil müəssisələrini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat məbləğində birdəfəlik müavinət ödəniləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
54
2
xezerxeber.az

3Mənbələr