AZ

Əməliyyatdan çıxanda başqa dildə danışmağa başladı

Türkiyədə Konyanın yaşlı sakini Rəhmi Karademir, əməliyyatdan və damar tıxanmasından sonra ana dilini unudub və yalnız Danimarka dilində danışmağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Həkimlər 67 yaşlı kişinin dizindən əməliyyat keçiriblər. İki gündən sonra onun sağ qolu və ayağı iflic olub və xəstə danışmağı dayandırıb. Məlum olub ki, Karademirin beynində böyük arteriya tıxanıb. Həkimlər laxtanı çıxaranda adam qəfildən Danimarka dilində danışmağa başlayıb. Ancaq türkcə heç nə deyə bilməyib.

Karademirin 20 il Danimarkada yaşadığı, sonra 10 il yaşadığı Konyaya qayıtdığı məlum olub.

Seçilən
29
nocomment.az

1Mənbələr