Dubay-Moskva reysini yerinə yetirən təyyarə sərnişinin qeyri-adekvat davranışı səbəbilə Bakıya təcili eniş edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, sərxoş sərnişin təyyarədə digər sərnişinləri təhqir etməyə, söyüş söyməyə başlayıb. Təyyarə bələdçilərinin tələbinə baxmayaraq içməyə davam edib.
Hazırda ekipaj üzvləri dindirilir, hadisənin təfərrüatları araşdırılır. Sərnişinlərin daha sonra Moskvaya yola salınacağı deyilir.//Globalinfo.az