Mövsümün sonunda "Mançester Siti"ni tərk edəcək yarımmüdafiəçi Kevin De Bruyne İngiltərə Premyer Liqasında qala bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, beş ingilis klubu belçikalı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.
Ulduz oyunçu üçün "Arsenal", "Çelsi", "Mançester Yunayted", "Aston Villa" və "Nyukasl" yarışacaq.
Xatırladaq ki, yarımmüdafiəçinin “vətəndaşlar”la cari müqaviləsi iyunun sonunda başa çatır.
Bundan sonra o, azad agent olacaq.
Bu mövsüm Kevin 35 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.