Bakı. Trend:
Azərbaycan aqrar sahədə zəngin təcrübəyə və müasirtexnologiyalara malik olan Türkiyənin təcrübəsindən fəal şəkildəyararlanır.
Trend KəndTəsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu sözləri kəndtəsərrüfatı naziri Məcnun Məmmədov Ankara şəhərində keçirilən IVKənd Təsərrüfatı və Meşə Şurası çərçivəsində təşkil olunmuş “KəndTəsərrüfatı Diplomatiyası Seminarı”nda deyib.
Nazir qeyd edib ki, 30 il işğal altında qalmış Azərbaycantorpaqları minalanıb, su mənbələri çirkləndirilib, ətraf mühitəböyük ziyan dəyib. Azərbaycan torpaqlarını işğaldan azad etdikdənsonra həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərihəyata keçirilir:
“Məqsəd bu ərazilərin aqrar potensialından səmərəli istifadəetmək, dağıdılmış kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaqvə bu torpaqlara yeni həyat bəxş etməkdir. Bu prosesdə ən müasiraqrar innovasiyalar tətbiq olunur. Azərbaycan aqrar sahədə zəngintəcrübəyə və müasir texnologiyalara malik olan Türkiyənintəcrübəsindən fəal şəkildə yararlanır. İki ölkə arasında aqrarəməkdaşlıq çərçivəsində bir sıra uğurlu layihələr icra edilir”.
Səfər çərçivəsində Ankarada Azərbaycan və Türkiyənin kəndtəsərrüfatı nazirləri arasında ikitərəfli görüş də keçirilib. Görüşzamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcudəməkdaşlıq və onun genişləndirilməsi məsələləri müzakirəolunub.
Tərəflər balıqçılıq sahəsində Türkiyə ilə əməkdaşlıq, bu sahədəson texnologiyaların transferi, iqlim dəyişikliyinin aqrar sahəyəmənfi təsirlərinin azaldılması istiqamətində təcrübə mübadiləsi vəkənd təsərrüfatı ilə qida məhsullarının ticarət dövriyyəsininartırılması məsələlərini nəzərdən keçiriblər.