AZ

Lionel Messi “Barselona”nın əfsanələri haqda söhbət açıdı

“İnter Mayami”nin 37 yaşlı argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messi “Barselona”nın əfsanələri haqda söhbət açıb.

Arena.az “Simplemente Futbol” dərgisinə istiandən, argentinalı ulduzun müvafiq fikrini təqdim edir:

“Mən həmişə deyirəm ki, mənim ilk daxil olduğum paltardəyişmə otağı müstəsna idi. Mən bu qəbula görə çox minnətdaram, mənə Ronaldinyo, Deku, Silvinyo, həmçinin Xavi, İnyesta və Puyolun dediklərinə görə.

Böyük adlar vardı, komandamız da inanılmaz idi. Biz çox illər ərzində ilk dəfə Çempionlar Liqasını qazandıq. Raykardın mənə etimad edərək, komandanın bir hissəsinə çevirməsi əla idi. Mən həqiqətən zövq alırdım”, deyə “Leo” vurğulayıb.

Xatırladaq ki, Messi “Barselona”da 2003-cü ilin noyabr ayının 16-da “Portu” ilə yoldaşlıq oyununda debüt edib.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 11 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 50 oyun, 42 qol və 21 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Lionel Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
96
8
arena.az

10Mənbələr