AZ

Gürcüstan-Azərbaycan əlaqələri özünün ən yüksək dövrünü yaşayır - DEPUTAT

Azərbaycan-Gürcüstan münasibətləri hər zaman yüksək səviyyədə olub. Hazırda da ölkələrimiz arasında əlaqələr bir çox sahələri əhatə edir. Siyasi təmasların yüksək səviyyədə olması əlaqələrin davamlı inkişafını təmin edir. Mütəmadi reallaşan qarşılıqlı səfərlər özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir. Bu mənada Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin də ilk rəsmi səfərini Azərbaycana etməsi xüsusi önəm kəsb edir. Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze də “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsindən sonra ilk səfərini Azərbaycana etmişdi. Bunlar Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. İki ölkə arasında iqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Azərbaycan investorları böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Bu, çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə qaz ixrac coğrafiyası genişlənəcək. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan 11 ölkəyə Gürcüstan tranziti vasitəsilə təbii qaz ixrac edir və bu rəqəmin artacağı gözlənilir. Bu əməkdaşlıq Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Statistikaya əsasən, Gürcüstanın təbii qaz istehlakının 80 faizdən çoxu Azərbaycanın payına düşür. Bundan əlavə, ölkələr yaşıl enerji layihələrində də birgə addımlar atır. Xüsusilə bərpa olunan enerji mənbələri üzərində işlər hər iki hökumətin məsuliyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında bu dövlətlərin Xarici şşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya və parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Eyni zamanda, ölkələrimiz birlikdə yaşıl enerji layihələrini də həyata keçirir. Bu gün yaşıl enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Ölkələrimiz Orta Dəhliz layihəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Orta Dəhliz böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Millət vəkili Tural Gəncəliyev deyib ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi bizim strateji yüksək münasibətlərimizin olmasının bariz nümunəsidir. Deputat bildirib ki, Gürcüstan-Azərbaycan əlaqələri tarixin sınağından keçib və hazırda özünün ən yüksək dövrünü yaşayır: 

"Torpaqlarımız işğal altında olarkən, postmüharibə dövründə Gürcüstan hər zaman Azərbaycanla çiyin-çiyinə olub. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, ərazi bütövlüyünü daim dəstəkləyib. Gürcüstan-Azərbaycan münasibətləri təkcə siyasi-hərbi komponenti ilə deyil, iqtisadi, humanitar, mədəni əlaqələr baxımından çox önəmli xarakter daşıyır. Bildiyiniz kimi, yüzminlərlə soydaşımız Gürcüstanda yaşayır. Bu da tarixi köklərimizin möhkəm olması üçün əlavə stimuldur. Təbii ki, son zamanlar, xüsusən müstəqillik əldə etdikdən sonra Gürcüstan bizim Qərbə, Avropaya açılan qapımız, pəncərəmiz olub. Azərbaycanın bütün regional və qlobal layihələrinin Gürcüstan da tərkib hissəsidir. Həmçinin, Gürcüstan son zamanlar Avropa İttifaqı ilə münasibətlər kontekstində də çox önəmli rol oynayıb. Beləliklə, Avropa İttifaqının üçüncü qüvvələrin Cənubi Qafqazda ayrıca xətlər çəkməsinə məhz Azərbaycan-Gürcüstan tandemi mane olub. Azərbaycan-Gürcüstan münasibətləri elə yüksək səviyyədə inkişaf edib ki, artıq Cənubi Qafqaza qarşı Avropa İttifaqının, Fransa və digər ölkələrin həmlə imkanları sıfıra enib. Bu da Azərbaycan-Gürcüstan əlaqələrinin tarixi, strateji, siyasi müstəvidə çox güclü olmasından xəbər verir. Ən əsası odur ki, Gürcüstan 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında dayandı. Ermənistanı dəstəkləyən qüvvələr üçün hava məkanını bağladı ki, İrəvan bundan sui-istifadə edərək Azərbaycana qarşı əlavə qüvvələri regiona cəlb edə bilməsin". 

Parlament üzvü vurğulayıb ki, Gürcüstan Azərbaycan kimi Avropa Parlament Assambleyasında, Avropa İttifaqında hədəf seçilib:

"Çirkin kampaniya aparılır. Çünki Gürcüstan da Azərbaycan kimi son illərdə müstəqil xarici siyasət yeridir və Avropanın, digər qüvvələrin dəyərləri, diktəsi ilə oturub-durmur. Bilirsiz ki, Gürcüstanın bir neçə il öncə Avropa İttifaqına namizədlik statusunu təsdiqləmişdilər. Ancaq bu gün həmin statusu ləğv edirlər, dayandırırlar. Səbəbi odur ki, Gürcüstan öz müstəqil siyasətindən imtina etmir. Hətta Avropa İttifaqının üzvü olmaq kimi şirnikləndirici, aldadıcı statusa belə aldanmır, öz siyasətindən üz çevirmir. Bu yanaşma Gürcüstanı unikal, güclü edən məqamdır. Təbii ki, Gürcüstanın güclü olmasında onun tərəfdaşlarının rolu var. Gürcüstanın Azərbaycan və Türkiyə kimi güclü ölkələrlə əməkdaşlıq etməsi qonşu dövlətə əlavə dəyər qatır. Gürcüstan-Azərbaycan əlaqələri neft-qaz boru kəmərlərinin, dəmiryol xəttinin Gürcüstandan keçərək Avropaya getməsi ilə bizim əlaqələrimizi daha da yüksəldib, möhkəmləndirib. Məgər qonşu ölkədən keçən kommunikasiya xətləri Gürcüstanın suverenliyinə ziyan vurub?! Əksinə, Gürcüstan üçün böyük uduşdur. Strateji məhsulların, yüklərin daşınması ölkəyə böyük gəlir gətirir". 



Seçilən
38
sherg.az

1Mənbələr