AZ

Almaniyanın gələcək kansleri Ukraynaya “Taurus” raketləri verə bilər

Xristian Demokrat İttifaqının rəhbəri və Almaniyanın ehtimal olunan gələcək kansleri Fridrix Merz bildirib ki, Almaniya bu məsələni avropalı tərəfdaşlarla razılaşdırdıqdan sonra Ukraynanı uzun mənzilli “Taurus” qanadlı raketləri ilə təchiz etməyə hazırdır.

Herbiand.az xəbər verir ki, o, bu barədə “ARD” telekanalına müsahibəsində bildirib.

“Mən həmişə demişəm ki, Ukraynaya “Taurus” raketlərinin tədarükünü, ancaq avropalı tərəfdaşlarla razılaşaraq edəcəm”.
Merz xatırladıb ki, bəzi Qərb ölkələri artıq Ukraynaya uzaqmənzilli raketlər verir.

“İngilislər bunu edir, fransızlar bunu edir, amerikalılar onsuz da bunu edir”.

Merz əvvəllər dəfələrlə Kiyevə hərbi yardımın artırılmasına, o cümlədən ona Olaf Şolz hökuməti tərəfindən çatdırılmasına mane olan “Taurus” qanadlı raketləri ilə təmin olunmasına çağırıb. O, Ukrayna üçün ədalətli sülhün əldə olunmasının tərəfdarıdır və ölkənin NATO-ya üzvlüyü məsələsini gündəmdən çıxarmamağa çağırır.

Seçilən
80
50
herbiand.az

10Mənbələr