Mərhələni keç, 500 min avro mükafat al
"Qalatasaray" Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda bu gün "Sparta" ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, Praqa təmsilçisi ilə görüşə saat 21:45-də start veriləcək.
"Qalatasaray" mərhələ adlayacağı halda, klub rəhbərliyi komandaya 500 min avro mükafat verəcək.
Komandalar arasındakı cavab görüşü fevralın 22-də olacaq.