AZ

Ucarda elektrik yarımstansiyasında yanğın baş verib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2

Xəbərə hadisə yerindən video əlavə edilib.

***

09:38

Xəbərə hadisə yerindən fotolar əlavə edilib.

***

09:31

Ucarda elektrik yarımstansiyasında güclü yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Rayonun Müsüslü kəndində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada yağ açarlarının birində baş verən partlayış nəticəsində yanğın başlayıb. Hadisə yerinə FHN- nın Ucar və Kürdəmir Rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə nəticəsində Göyçayın 2, Ucarın isə 4 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. Fakt araşdırılır.

Ucarda Ucarda Ucarda Ucarda Ucarda
Seçilən
5
50
apa.az

10Mənbələr