"Şamaxı" klubu futbolçu Fəxri Məmmədli ilə yollarını ayırıb.
Manset.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, icarə müqaviləsi başa çatan oyunçu məxsus olduğu "Sabah"a qayıdıb.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl Maykl Tuik, Vasiliye Bakiç, Brahim Konate, Vasiliye Radenoviç və Leroy Mikelslə yollarını ayırıb. Bölgə təmsilçisi, həmçinin "Qəbələ"dən Emil Süleymanovu icarə əsasında heyətinə qatıb.