Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.