Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Belçikalı futbolçu Kevin De Bruyne iyunun əvvəlində İtaliyanın "Napoli" klubuna keçəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər razılıq əldə etməyə çox yaxındırlar və müqavilənin iyunun əvvəlində imzalanması gözlənilir.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin İngiltərənin "Mançester Siti" klubu ilə sözləşməsi başa çatır. O, "şəhərlilər"in heyətində 422 oyun keçirib, 108 qol və 177 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.