Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası Monteneqro ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın 261 hesablı qələbəsi ilə başa çatıb.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finala yüksəlib. Millimizin həlledici matçdakı rəqibi Macarıstan - Serbiya cütünün qalibi olacaq.
Final oyunu 1 iyun tarixində keçiriləcək.
Azərbaycan - Monteneqro - 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radoniç, 30