Mayın 30-da Motosiklet İdman Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Publika.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Federasiya prezidenti Kür Səfərəliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.