Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
14. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
15. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
16. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində sıxlıq müşahidə olunur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta