AZ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakı, 29 may, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti mayın 30-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə AZƏRTAC-a xidmətdən bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Göyçay, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Quba, Şabran, Şamaxı, Oğuz və Şəkidə şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Seçilən
0
49
azertag.az

10Mənbələr