Kür çayında suyun səviyyəsi 14 sm artıb.
İndex.az xəbər verir ki, bu barədə Milli Hidrometeologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 29-u saat 09:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay, Oxçuçayda 4 sm, Quruçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 8 sm, Kür-Surrada isə 6 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən sutka ilə müqayisədə 14 sm artıb, su sərfi 475 m3/san olmaqla normanın 68%-ni təşkil edir.