AZ

İranın cənubunda 5,2 maqnitudalı zəlzələ baş verib

İranın cənub hissəsində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 352 min əhalisi olan Bəndər-Abbas şəhərindən 158 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Seçilən
0
49
operativmedia.az

10Mənbələr