AZ

Dünya çempionatı: 1/4 final oyunlarının başlama saatı məlum oldu

  Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin son görüşü keçirilib.

Referans xəbər verir ki, Serbiya millisi Gürcüstanla üz-üzə gəlib.

Oyun Serbiyanın qələbəsi ilə yekunlaşıb - 3:2.

Beləliklə, mayın 29-da keçiriləcək 1/4 final mərhələsinin bütün cütlükləri məlum olub:

17:30. Macarıstan - Mavritaniya
19:00. Monteneqro - Çexiya
20:30. İngiltərə - Azərbaycan
22:00. Bosniya və Herseqovina - Serbiya

Qeyd edək ki, yarımfinal qarşılaşmaları mayın 30-da, 3-cü yer uğrunda və final oyunları isə iyunun 1-də olacaq.  

Seçilən
0
50
referans.az

10Mənbələr