Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib. Metbuat.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalarda daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Tailand isə Bosniya və Herseqovina ilə matçda hesabı açmasına baxmayaraq, sonradan 3 qol buraxaraq mübarizəni dayandırmalı olub. İsrail Çexiyaya böyük hesabla uduzub - 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 3:2 hesabı ilə məğlub olub.Dünya çempionatı1/4 finalMacarıstan - MavritaniyaMonteneqro - Çexiyaİngiltərə - AzərbaycanBosniya və Herseqovina - SerbiyaQeyd edək ki, 1/4 final mərhələsinin oyunları sabah baş tutacaq.