AZ

Sabah 33 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 28-dən 29-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək.  Nisbi rütubət 40-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli  yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq. 

 

Seçilən
0
49
avtosfer.az

10Mənbələr