AZ

İsrail və Suriya arasında birbaşa danışıqlar BAŞLADI

Bölgədə yeni siyasi mərhələ başlaya bilər

İsrail və Suriya arasında uzun müddətdən sonra ilk dəfə olaraq birbaşa və üzbəüz danışıqlar baş tutub. Görüşlər bir neçə raund şəklində keçirilib və prosesin gedişatı tərəflər arasında gərginliyin azaldılması, eləcə də genişmiqyaslı hərbi qarşıdurmanın qarşısının alınmasına yönəlib.

KONKRET.az xəbər verir ki, danışıqlarda Suriya tərəfini Kuneytra vilayətinə yeni təyin olunmuş qubernator təmsil edib. Görüşlər İsrailin nəzarətində olan, lakin Suriyaya məxsus sərhəd zonasında keçirilib. Tərəflər əsasən regionda stabilliyin qorunması, sərhəd təhlükəsizliyi və mümkün gələcək əməkdaşlıq formatlarını müzakirə ediblər.

Reuters agentliyinə danışan, proseslə yaxından tanış olan mənbə bildirib ki, bu danışıqlar hələlik ilkin səviyyədə aparılsa da, onların gələcəkdə daha geniş siyasi razılaşmalara yol aça biləcəyi istisna edilmir. Bu da Yaxın Şərqdəki diplomatik balansda mühüm dəyişikliklərə səbəb ola bilər.

Suriya və İsrail arasında rəsmi diplomatik əlaqələr yoxdur və tərəflər uzun illərdir düşmən mövqeyindədir. Lakin regional və beynəlxalq təhlükəsizlik mülahizələri fonunda atılan bu addım hər iki tərəfin müəyyən kompromislərə açıq ola biləcəyini göstərir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
39
konkret.az

10Mənbələr