Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, 156 saylı tam orta məktəbin müəllimi Mənzər Ağabəyova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlardan ətraflı bəhs ediblər. Şərqdə ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı olduğu bildirilib. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın yeni inkişaf dövrü yaşadığı, dünya dövlətləri sırasında öz layiqli yerini tutduğu xüsusi qeyd olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.