Şəmkirdə 32 yaşlı qadın dərmandan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü Z.Abdıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, Z.Abdiyeva kimyəvi dərmandan zəhərlənib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov