Bu gün Türkiyə vaxtı ilə saat 20.13-də (Bakı vaxtı ilə saat 21:13) Bingöl vilayətinin Kiğı rayonunda 3.9 bal gücündə zəlzələ baş verib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ 7.02 kilometr dərinlikdə baş verib.