Ağstafa rayonunda 34 yaşlı kişi kafedə bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonda yerləşən kafelərin birində qeydə alınıb. Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Cahangir Əlimərdanlı döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal 34 yaşlı kişiyə yardım edilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
C.Əlimərdanlının hansı səbəbdən bıçaqlanması hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov