AZ

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bu gün Özbəkistana həsr olunub - FOTO

Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci gününə start verilib.

Bizim.Media xəbər verir ki, festivalın bu günü Özbəkistana həsr edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Rövşənin imza günü keçirildi - FOTO


Tədbir Özbəkistanın dövlət himni ilə başlayıb.

Bəhruz Niftəliyevin aparıcılığı ilə baş tutan tədbirdə iki ölkə arasında uzunmüddətli və zəngin ədəbi əlaqələrin təbliğinə diqqət çəkilib.

Özbəkistanın ədəbiyyatında və mədəniyyətindəki dərin ənənələr, onun Azərbaycan ədəbiyyatına verdiyi təsirlər və ortaq ədəbi-mədəni köklər vurğulanıb.

Tədbirdə, həmçinin iki ölkə arasında elm və ədəbiyyat sahəsində daha çox əməkdaşlıq və əlaqələrin qurulması ilə bağlı fikirlər müzakirə olunub.

Tədbir Özbəkistandan qatılan şairlərin şeirləri ilə davam edib.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
 

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.


IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.

Festivalda kitabla yanaşı müxtəlif əl işləri də sərgilənir.



Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
0
35
bizim.media

10Mənbələr