Xəbər verdiyimiz kimi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Barselona”nın düşərgəsində olub.
Ucnoqta.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində Kataloniya klubunun həm əsas, həm də U-19, U-15 və U-10 komandalarının məşqlərini izləyib.
Q.Qurbanov “Barselona”nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti və klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb.
Flik "Qarabağ"ın baş məşqçisinə növbəti mövsümün gedişində yenidən “Barselona”nın düşərgəsinə gəlməyi tövsiyə edib. Mütəxəssisin növbəti mövsümdə “Barselona”nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.