BAKI, 24 may. TELEQRAF
Dəməşq ABŞ hakimiyyətinin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların bir qismini ləğv etmək qərarını alqışlayır.
Teleqraf xəbər verir ki, bBu barədə Suriyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Biz ABŞ hökumətinin Suriya və onun xalqına qarşı uzun illərdir tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı qərarını alqışlayırıq. Sanksiyaların ləğvi ölkədə humanitar və iqtisadi əzabların aradan qaldırılması üçün düzgün istiqamətdə atılan müsbət addımdır", - XİN vurğulayıb.
"Bizimlə hörmət və daxili işlərimizə qarışmamaq əsasında əməkdaşlıq etmək istəyən hər kəsə əlimizi uzadırıq. İnanırıq ki, dialoq xalqların maraqlarına cavab verən balanslaşdırılmış münasibətlər qurmaq və sabitliyi gücləndirmək üçün ən yaxşı yoldur", - Suriya Xarici İşlər Nazirliyi qeyd edib.
Qeyd edək ki, ABŞSuriyaya qarşı tətbiq edilən sanksiyalar paketini 180 gün müddətinə ləğv edib.