Milli Hidrometeorologiya Xidməti mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən Herbiand.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Culfa, Ordubad, Siyəzən, Şabran, Xaçmaz, Xızı, Qusar, Qobustan, Neftçala, Salyan, Naftalan, Gəncə, Goranboy, Göygöl, Yevlax, Hacıqabul, Daşkəsən, Mingəçevir və Şəkidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.