Demokrat.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 49 ailə - 232 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Beləliklə, bu gün baş tutan köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 109 ailə (487 nəfər) köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.






10Mənbələr
-
viral.azKəngərliyə köçən daha 49 ailəyə evlərinin açarları verildi ( 17564126)
-
day.azKəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub - FOTO ( 17564063)
-
redaktor.azKəngərliyə köçən daha 49 ailəyə evlərinin açarları verildi - FOTO ( 17564012)
-
far.azAğdamın Kəngərli kəndinə köç karvanı çatıb, evlərin açarları təqdim olunub ( 17563427)
-
qaziler.azAğdamın Kəngərli kəndinə növbəti köç karvanı çatıb, açarlar təqdim edilib - YENİLƏNİB ( 17562782)
-
moderator.azNövbəti köç karvanı Kəngərliyə çatdı, açarlar təqdim edildi - FOTOLAR ( 17562023)
-
ikisahil.azAğdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub ( 17561951)
-
sherg.azNövbəti köç karvanı Ağdamın Kəngərli kəndinə çatdı ( 17561717)
-
modern.az232 nəfər doğma Ağdama QOVUŞDU - FOTOLAR ( 17561657)
-
poliqon.infoBakıda yola salınan köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb - Yenilənib ( 17561513)