Avropa İttifaqı (Aİ) və ABŞ son zamanlar Bəşər Əsəd rejiminin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq üçün addımlar atıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Suriyadakı siyasi və sosial transformasiya prosesi ilə yanaşı, regional və qlobal aktorlar da Suriya siyasətlərini yenidən formalaşdırır.
Ölkədə 61 illik rejimin dağılması və yeni hökumətin qurulmasından sonra Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar öz mənasını itirib və sanksiyaların ləğvi Suriyanın yenidən qurulması üçün böyük əhəmiyyət kəsb edir.
ABŞ və Aİ-nin sanksiyaların qaldırılacağına dair açıqlamaları Suriyanın iqtisadi dirçəliş prosesində mühüm addım kimi qiymətləndirilir.