AZ

Suriya Müdafiə Nazirliyi: Sanksiyaların ləğvi sabitlik və inkişafa səbəb olacaq

BAKI, 21 may. TELEQRAF

Aİ-yə üzv ölkələrinDəməşqə qarşı sanksiyaları ləğv etmək qərarı Suriyada sabitliyin və inkişafın möhkəmlənməsinə töhfə verəcək.

Teleqraf xəbər verir ki, bunu Suriyanın müvəqqəti hökumətinin müdafiə naziri Murhaf Əbu Kasra bildirib .

"Bu gün Suriya xalqı Avropa İttifaqının sanksiyaların ləğvi barədə qərarını aldı. Biz Suriyanın və onun sülh və firavanlığa layiq olan xalqının maraqlarına cavab verən müsbət kursu əks etdirən bu addımı yüksək qiymətləndiririk", - Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.

"Biz həmçinin bu qərara töhfə verən bütün tərəflərə təşəkkürümüzü bildiririk və təsdiq edirik ki, bu addım sabitliyin və inkişafın möhkəmləndirilməsi yolunda yeni başlanğıcdır. Suriya öz xalqının iradəsi və səyləri sayəsində regionda və dünyada lider rolunu bərpa etməyə davam edir", - Əbu Kasra qeyd edib.

Mayın 20-də Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas bildirib ki, Aİ ölkələri Ərəb Respublikasına qarşı tətbiq edilən məhdudiyyətləri aradan qaldırmaq qərarına gəliblər. "Bu gün biz Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, əhatəli və dinc Suriyanı yenidən qurmaqda kömək etmək istəyirik" deyə o, X sosial şəbəkəsində yazıb.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr