AZ

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Bakı. Trend:

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinəcinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğumaliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdətəqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəcinayət işi üzrə məhkəmə prosesi mayın 20-də davam etdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilkdəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdətutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işəbaxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib.Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiəedib.

Dövlət ittihamını müdafiə edən prokurorlar etiraza münasibətbildirərək təqsirləndirilən Ruben Vardanyanın cinayət-prosessualqanunvericilikdə nəzərdə tutulan hüquqlarının ibtidai istintaq vəməhkəmə icraatı zamanı təmin edildiyini, habelə müdafiə tərəfininişə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasınıtəsdiq edən konkret sübutlar təqdim etmədiyini qeyd edərək etirazınbaxılmamış saxlanılmasını xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təminolunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonramüdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qəraraəsasən, etiraz baxılmamış saxlanılıb.

Sədrlik edən hakim Zeynal Ağayev qərarı əsaslandıran zamanbildirib ki, müdafiə tərəfi Azərbaycan RespublikasınınCinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlərkollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret vəmötəbər dəlillər təqdim etməyib.

Ardınca zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmişşəxslərin məhkəmədə ifadələri dinlənilib.

Zərərçəkmiş Ümid Həsənovun hüquqi varisi qismində tanınaraqdindirilən Məxfurə Həsənova bildirib ki, övladı Ermənistan silahlıqüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələritərəfindən Kəlbəcərdə törədilmiş genişmiqyaslı təxribat nəticəsindəhəlak olub.

Digər zərərçəkmiş şəxsin - Niyazi Məmmədəliyevin hüquqi varisiqismində tanınaraq dindirilən Şadman Məmmədəliyev ifadəsindəbildirib ki, qardaşı Ağdam-Ağdərə-Sırxavənd istiqamətində düşməntərəfinin odlu silahdan açdığı atəşlər nəticəsində həlak olub.

Zərərçəkmiş şəxslər - Zaur Sadıqov, Əli Şıxəliyev, PeymanCabbarov, Zahid Qocayev bildiriblər ki, Kəlbəcər rayonundaErmənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni ermənisilahlı dəstələrinin genişmiqyaslı təxribatı zamanı güllə yarasıalıblar. Həmin vaxt onlarla bərabər olan başqa bir neçə nəfər dəxəsarət alıb və həlak olub.

İfadə verən zərərçəkmiş İlkin Musazadə və Salman İmranzadəbildirib ki, düşmən tərəfinin Xocavənddə törətdiyi təxribat zamanıaçılmış atəş nəticəsində güllə yarası alıblar. Onlar dövlətittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarınacavabında qeyd ediblər ki, həmin vaxt olduqları ərazilərə iriçaplısilahlardan atəş açılıb, nəticədə bir neçə nəfər həlak olub.

Zərərçəkən Süleyman Əsədullayev dövlət ittihamçısı TəranəMəmmədovanın sualına cavabda Ağdərənin Canyataq kəndində Ermənistanordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələritərəfindən atılan “Kornet” tipli raket mərmisinin yaxınlığınadüşərək partlaması nəticəsində xəsarət aldığını bildirib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Ramin BalaxanlıXocalının Xanabad kəndinə atılan minaatan mərmilərinin onunyaxınlığına düşüb partlaması nəticəsində yaralandığını bildirib.Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbərəisi Nəsir Bayramovun suallarına cavabında deyib ki, həmin vaxtonunla birgə Pünhan Kazımov və Babək Əhmədli də müxtəlif növ bədənxəsarətləri alıb.

Digər zərərçəkmiş şəxs Vüsal Məmiyev isə deyib ki, Xocalıdayaralanıb. Ermənistan silahlı qüvvələrinin qalıqları vəqeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsindəSahil Aslanov və Rəşid Zeynallı həlak olub. Onunla bərabər olanNurlan Quliyev və Rövşən Əzimli isə yaralanıblar.

Düşmən tərəfindən törədilən təxribatın qurbanlarından biri dəTale Zabitov olub. Zərərçəkmiş şəxs ifadəsində deyib ki, Xocalıdaolan zaman açılmış atəşlər nəticəsində o, Gülverdi Mehtiyev vəMüslüm Əliyev yaralanıb.

Digər zərərçəkmiş şəxs Samir Baxışov Xankəndidən açılmış atəşnəticəsində yaralandığını deyib.

Zərərçəkmiş Vüsal Alıyev ifadəsində Ermənistan silahlı qüvvələrivə qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən genişmiqyaslıtəxribat xarakterli hərəkətlər törədilməsi nəticəsində Laçındayaralandığını bildirib. O bildirib ki, hadisə zamanı CoşqunZülfüzadə və Mirtalıb Ağazadə həlak olub.

İfadə verən zərərçəkmiş şəxs Fərhad İsmayıllı da Laçın rayonuərazisində düşmənin təxribatı nəticəsində yaralandığını deyib.Bildirib ki, düşmən izburaxan alışdırıcı güllələrdən,minaatanlardan və tank əleyhinə mərmilərdən istifadə etməklə onunolduğu yeri atəşə tutub. Atılan mərmilərdən biri onun təxminən 7-8metr yaxınlığına düşüb partlayıb. Partlayışın təsiri onu kənaratullayıb.

Zərərçəkmiş şəxslər- Mirsadiq Mirsadiqov və Ceyhun Bayramov daErmənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlıdəstələrinin təxribatı zamanı yaralandıqlarını bildiriblər.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrindəkeçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası mayın 27-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Seçilən
0
49
az.trend.az

10Mənbələr