AZ

Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırıq - Putin

Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür.

Olaylar xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə doğru ən səmərəli yolları inkişaf etdirmək lazımdır.

Putin deyib ki, Rusiya Ukrayna ilə atəşkəs də daxil olmaqla memorandum üzərində işləməyə hazırdır:

"Rusiya və Ukrayna arasında memorandum atəşkəs və nizamlanma prinsiplərini ehtiva edə bilər. Rusiya və Ukrayna bütün tərəflərə uyğun kompromislər tapmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
22
olaylar.az

10Mənbələr