Bakı. Trend:
"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe debütmövsümündə klub tarixində və İspaniya La Liqasında yeni rekordlaraimza atıb.
Trend-inməlumatına görə, La Liqanın 37-ci turunda "Sevilya"ya qarşıkeçirilən səfər oyununda (2:0) hesabı açan 26 yaşlı futbolçu bütünturnirlər üzrə bu mövsüm 41-ci qolunu vurub. Bu göstərici MbappeninPSJ-dən azad agent kimi keçidindən sonra "Real" forması ilə çıxdığı55 oyunda əldə olunub.
Mbappe bu nəticə ilə "Real Madrid"in debüt mövsümündə ən çox qolvuran futbolçusu olub. Əvvəlki rekord 1992/93 mövsümündə 37 qollaçilili İvan Samoranoya məxsus idi.
Fransalı ulduz, həmçinin La Liqada da debüt mövsümünə görərekord qırıb – 29 qol. Bu göstərici ilə o, Alfredo Di Stefanonun1953/54 mövsümündə vurduğu 27 qolu geridə qoyub.