AZ

Hava proqnozu: Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq

Bakı, 16 may, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti mayın 17-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-dan 17-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-75 faiz təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Seçilən
0
49
azertag.az

10Mənbələr