Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda Ukrayna üzrə danışıqlarda Rusiyanı təmsil etməyəcək.
Referans xəbər verir ki, bu barədə “Kommersant” mənbələrə istinadən bildirib.
Nəşrin məlumatına görə, Lavrov İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək. Qeyd olunur ki, görüşdə Rusiyanı kimin təmsil edəcəyi hələlik məlum deyil.
Bundan öncə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ dövlət katibi Marko Rubionun Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün cümə günü İstanbula gedəcəyi bildirilib. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə Rusiya prezidenti Vladimir Putin şəxsən iştirak etməsə, bu danışıqların mənasız olacağını bəyan edib./teleqraf
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta