AZ

Lavrov İstanbula GETMİR - Rusiyanı kim TƏMSİL EDƏCƏK...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək.
 
Musavat.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
 
Rusiyanı kimin təmsil edəcəyi hələlik rəsmi olaraq açıqlanmayıb.
 
Bundan əvvəl “The Washington Post” qəzeti mənbəyə istinadən yazıb ki, danışıqlarda Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iştirak edəcək.
 
Kreml İstanbulda Ukrayna ilə danışıqlarda Rusiyanı kimin təmsil edəcəyini hələlik açıqlamayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya nümayəndə heyəti mayın 14-də mütləq orada olacaq və Kiyev nümayəndələrini gözləyəcək.
 
"Xeyr, bu baxımdan heç nə dəyişməyib. Prezidentdən müvafiq göstəriş alanda bunu edəcəyik. İndiyədək belə bir göstəriş olmayıb", - o, deyib.
 
Peskov vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin mayın 11-də gecə bəyanatında söylədiyi hər şey aktual olaraq qalır. "Rusiya nümayəndə heyəti mayın 15-də, cümə axşamı, yəni sabah Ukrayna nümayəndə heyətini İstanbulda gözləyəcək", - dövlət başçısının mətbuat katibi xatırladıb.
 
Qeyd edək ki, İstanbulda danışıqlar mayın 15-nə planlaşdırılıb. Zelenski iştirakını təsdiqləyib və görüşün yalnız Putinin şəxsən iştirak edəcəyi təqdirdə məhsuldar olacağını vurğulayıb. Kremldən Rusiya liderinin iştirakı ilə bağlı hələlik dəqiq cavab verilməyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşün mümkünlüyünü müzakirə edib, lakin detallar açıqlanmayıb.
 
Öz növbəsində Donald Tramp sülhün əldə olunmasına kömək edəcəyi təqdirdə danışıqlara qoşulmağa hazır olduğunu bildirib. Zelenski həmçinin Amerika liderinin İstanbul görüşündə iştirakına ümid etdiyini bildirib.
Seçilən
0
26
moderator.az

10Mənbələr