AZ

“Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır - Premyer Liqanın 2 klubu

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Mançester Yunayted” və “Çelsi” maraqlanır.

“Çelsi” rəhbərliyi ispaniyalı oyunçu üçün 40 milyon avro təklif etməyə hazırdır.

Fermin Lopesin “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

O, İspaniya çempionatının cari mövsümündə 25 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
0
21
sportinfo.az

10Mənbələr