ABŞ dövlət katibi Marko Rubio bir neçə yüksək səviyyəli avropalı diplomatla telefon danışığı aparıb, atəşkəsə nail olmaq və Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq səylərini müzakirə edib.
Herbiand.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yazılı bəyanatında deyilir.
Məlumata görə, Rubio Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Almaniyanın xarici işlər naziri Yohan Vadeful, Polşanın xarici işlər naziri Radoslav Sikorski, Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi, Ukraynanın xarici işlər naziri Andriy Sibiha, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ilə danışıqlar aparıb.