Türkiyənin Kanal D televiziyasında yayımlanan reytinqli "Eşref Rüya" serialının sezon finalına çıxacağı tarix bəlli olub.
Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ekran işi 18 iyunda birinci sezonu bağlayacaq.
Məlumata görə, layihə 13-cü seriyadan sezon finalına ayrılacaq.
Qeyd edək ki, "Eşref Rüya" serialı bu il 19 martdan tamaşaçı qarşısına çıxıb. Ekran işində baş rolları Çağatay Ulusoyla Demet Özdemir canlandırır.
Ölkə.Az