AZ

Müəllimlərin vakansiya seçiminin nəticələri elan olunub

29 aprel-6 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.

Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olmaqla 1868 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə göndəriləcək

Seçilən
0
30
anews.az

10Mənbələr